BMT LAÇIN YOLUNDAKI VƏZİYYƏTDƏN NARAHATDIR

BMT LAÇIN YOLUNDAKI VƏZİYYƏTDƏN NARAHATDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Antonio Quterreş Laçın dəhlizində “hərəkət azadlığı ilə bağlı problemlər” barədə məlumatlardan narahat olduğunu açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Fərhan Haq şərhində bildirib. “Baş katib Laçın dəhlizi ilə hərəkət azadlığı və problemlərin davam etməsi ilə bağlı xəbərlərdən dərin narahatdır”, – Haq bildirib.

Onun sözlərinə görə, baş katib tərəflərin Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını, o cümlədən 22 fevral 2023-cü il tarixli qərarlarını, eləcə də ölkədə insanların, nəqliyyat vasitələrinin və malların hərəkəti ilə bağlı qərarlarını icra etməli olduqları barədə əvvəlki bəyanatını xatırladır. Laçın dəhlizinin hər iki istiqaməti yüklərin maneəsiz hərəkətini təmin etməyə yönəlmiş tədbirlər görülməlidir.
“O, xüsusilə humanitar vəziyyətin pisləşməsi ilə bağlı xəbərlərdən narahatdır və ehtiyacı olanların humanitar yardıma çıxışını asanlaşdırmaq üçün təcili tədbirlər görməyə çağırır”, – Haq vurğulayıb.
Rəsminin sözlərinə görə, baş katib hər iki tərəfi regionda sülh və təhlükəsizlik naminə münasibətlərin uzunmüddətli nizamlanması istiqamətində səyləri gücləndirməyə çağırır.