BMT ERMƏNİLƏRİN QARABAĞDAN KÖÇÜNDƏN NARAHAT OLUB

BMT ERMƏNİLƏRİN QARABAĞDAN KÖÇÜNDƏN NARAHAT OLUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Antonio Quterreş çox sayda Qarabağ ermənilərinin Ermənistana köçməsi ilə bağlı yaranmış vəziyyətdən narahatdır. Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Fərhan Haq məlumat verib.

“Baş katib son regional hadisələr nəticəsində insanların Ermənistana köçməsindən çox narahatdır. Ermənilərin hüquqlarının müdafiəsi və onların tələb olunan humanitar yardımı alması, habelə qaçqınlarla bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq müdafiə olunması zəruridir”.

Haqın sözlərinə görə, təşkilat hazırda humanitar işlərdə iştirak etmir, lakin yardım göstərməyə hazırdır.

“BMT-nin Humanitar Məsələlər Bürosu və Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri Ermənistanın cənub bölgəsindədirlər və buradan Qarabağ əhalisinin əksəriyyəti gedir. Sakinlərin köçürüldüyü Qarabağa gəldikdə isə, bildiyimə görə, orada BQXK-nın nümayəndələri yerləşir”, – Quterreşin nümayəndəsi bildirib.