BMT-dən xəbərdarlıq: Bu ölkələr böyük təhlükə altındadır, Sakit okean…backend

BMT-dən xəbərdarlıq: Bu ölkələr böyük təhlükə altındadır, Sakit okean…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Quterreş beynəlxalq ictimaiyyəti dəniz səviyyəsinin qalxması ilə bağlı xəbərdar edib və “Sakit okeandakı ada ölkələri ciddi təhlükə altındadır”, – deyib.

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres, Sakit okeandakı ada ölkələrinin dənizlərdəki suyun səviyyəsinin yüksəlməsinin gətirdiyi təhlükələrlə üzləşdiyinə diqqət çəkərək, beynəlxalq ictimaiyyəti su səviyyəsinin artımını sürətləndirən qalıq yanacaqlardan tamamilə uzaqlaşmağa çağırıb.

Quterreş Tonqa Krallığında keçirilən 53-cü Sakit Okean Adaları Forumunda “Transformativ və Dayanıqlı Sakit Okean: Daha Yaxşı Qurulmaq” mövzusunda çıxışında okean və dəniz suyunun səviyyəsinin artmasının təsirləri haqqında məlumat verib. İqlim dəyişikliyi ilə əlaqədar okeanlarda suyun səviyyəsinin qalxmasının Sakit okean ada ölkələri üçün ciddi təhlükə yaratdığını bildirən Quterreş, qalıq yanacaqlardan istifadə edərək ətraf mühitə atılan karbon emissiyalarının su səviyyəsinin artımını sürətləndirdiyini qeyd edib.