Ərbil ilə rəsmi Bağdad arasındakı vəziyyəti yaxından izləyirik.
Ərbil ilə rəsmi Bağdad arasındakı vəziyyəti yaxından izləyirik.
TİA.AZ xəbər verir ki, bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“BMT-ni bölgədəki vəziyyətin qaydasına düşməsi üçün heç bir addım atmamaqda ittiham edənlər bilsin ki, biz bütün prosesləri yaxından təqib edirik”, – Düjarrik bildirib.
Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. BMT referendumdan əvvəl İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildirmişdi.