BMT-DƏN İRANLA BAĞLI HESABAT SIZDI

BMT-DƏN İRANLA BAĞLI HESABAT SIZDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) sızdırılmış hesabatında bildirilirdi ki, İranın zənginləşdirilmiş uran ehtiyatları 2015-ci ildə razılaşma ilə müəyyən edilmiş hədddən 22 dəfə çoxdur.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, Fransanın AFP xəbər agentliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) daxilində fəaliyyət göstərən qurumun üzv ölkələrə göndərdiyi məxfi hesabatı əldə edib.

Hesabatdakı məlumatlara görə, İranın ümumi zənginləşdirilmiş uran ehtiyatının 28 oktyabr tarixinə 4 min 486 kiloqram olduğu bildirilib.

Qeyd edək ki, 2015-ci ildə İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri olan ABŞ, Rusiya, Çin və Böyük Britaniya arasında imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində müəyyən edilən limit 202,8 kiloqram olub.

Almaniya və Fransanın imzaladığı JCPOA nəticəsində Tehrana uranı 3,67 faiz zənginləşdirməyə icazə verilib.

Lakin ABŞ-ın keçmiş prezidenti Donald Trampın qərarı ilə 2018-ci ildə Vaşinqton birtərəfli qaydada sazişdən çıxdı və Tehran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini açıqladı.