backend

BMT Cocuq Mərcanlıya qayıdış prosesində iştirak etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Avropa Bürosu Direktoru Vinsent Koçetelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Avropa Bürosu Direktoru Vinsent Koçetelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən TİA.AZ-a verilən məlumata görə, görüşdə bildirilib ki, bu gün ölkəmizin həll olunmamış yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemidir. Ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün bütün lazımı şərait yaradılıb ancaq bu insanların yeganə istəkləri öz doğma torpaqlarına qayıtmaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verən Ə.Həsənov deyib ki, münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilmir. BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir və bu işğalçı ölkəyə qarşı da heç bir təzyiq edilmir. Bu, ən böyük ədalətsizlik və beynəlxalq hüquq normalarının pozulmasıdır. Bu, bizdə bir daha elə bir təsəvvür yaradır ki, beynəlxalq hüquq qüvvədə deyil və bu, dünyada beynəlxalq münasibətlərə təsir edən dövlətlər tərəfindən tətbiq olunur.

Ə.Həsənov deyib: “Bu gün dünyada bir çox problemlər var. Ancaq bunların içərisində ən həssası qaçqın və məcburi köçkün problemidir. Güclü dövlətlər yeni ərazilər əldə etmək, təbii resurslar qazanmaq və dünyanın coğrafiyasını bölüşdürmək üçün müharibələr aparırlar. Ortada isə kiçik xalqlar əziyyət çəkirlər. Bir tərəfdən insan hüquqlarının qorunmasından danışırlar, digər tərəfdən isə gündə minlərlə insan həlak olur”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Avropa Bürosu Direktoru Vinsent Koçetelin ətraflı məlumata görə minnətdarlığını bildirib və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin ölkəmizə səfər etmək istədiyini diqqətə çatdırıb.

Ölkə Prezidenti İlham Əliyevin son günlər məcburi köçkünlərlə bağlı imzaladığı fərman və sərəncamlar haqqında məlumatlı olduğunu və bunu dəstəklədiyini deyən qonaq işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərinin geriyə qayıdışı prosesində BMT QAK-ın yaxından iştirak etmək istədiyini və bu sahədə öz təcrübələrini bölüşmək istədiklərini bildirib.

Onlar eyni zamanda 2019-cu ildə əhalinin siyahıya alınmasında da yaxından iştirak etmək istəyirlər.

Prezidentin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanın əhəmiyyətindən danışan Əli Həsənov bildirib ki, bu məcburi köçkünlərin sosial müdafiəsinə yönəlib, şəfaflıq tam təmin edilib, onların aldıqları müavinətin istifadə edilməsi hüququ onların öz sərəncamına verilib. Bu isə onların müstəqil həyat tərzi yaşamaları üçün ailə büdcəsinə nəzarət etmələrinə gətirib çıxaracaq.

Ə.Həsənov işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı Prezidentin imzaladığı sərəncam haqqında qonaqlara ətraflı məlumat verərək bildirib ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib: “Ancaq həmin ərazi düşmənin atəşi altında idi. Keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə həyata keçirilmiş uğurlu aprel əməliyyatı zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb .Prezidentin imzaladığı sərəncama əsasən 1-ci mərhələdə həmin ərazidə tezliklə yeni qəsəbənin, məktəb binasının tikintisinə başlanılacaqdır. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır. Doğma yurdlarına qayıtmaq üçün sakinlərdən 200-ə yaxın ərizə daxil olub və bunun sayı hər gün artır. Beləliklə Böyük Qayıdış Proqramının icrasına Cocuq Mərcanlıdan başlanılır”.

Ə.Həsənov onu da qeyd edib ki, Prezidentin tapşırığı ilə bu günlərdə ölkəmizdə olan səfirlərin və bütün beynəlxalq təşkilatların nümayəndələrinin də həmin əraziyə səfəri təşkil olunacaq və onlar bir daha erməni vəhşilikləri ilə yerində tanış olacaqlar.