BMT AYAĞA QALXDI

BMT AYAĞA QALXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səfirlər Qrupu ilə görüşündə dözümsüzlük, zorakılıq və islamofobik hərəkətləri pisləyib və müsəlman icması ilə həmrəy olduğunu bildirib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, BMT sözçüsü tərəfindən edilən yazılı açıqlamada, Quterreşin Nyu Yorkdakı BMT binasında İƏT üzvləri ilə görüş keçirdiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, Quterreş BMT-nin İnsan Hüquqları Şurasının “ayrı-seçkiliyə, düşmənçiliyə və zorakılığa gətirib çıxaran din əleyhinə nifrətlə mübarizə” qətnaməsinin icrası üçün səy göstərəcəyini vurğulayıb.

Quterreşin müsəlman icması ilə həmrəy olduğu vurğulanan bəyanatda, “Baş katib gərginliyi artıran, ayrı-seçkilik və radikallaşmaya səbəb olan dözümsüzlük, zorakılıq və islamofobik hərəkətləri pisləyib.