“BMC Az Servis Hizmetleri” cərimələndi

“BMC Az Servis Hizmetleri” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda BMC avtobuslarının servisini həyata keçirən “BMC Az Servis Hizmetleri” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Valyuta.az-ın məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

 

İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır.

Bildirək ki, nizamnamə kapitalı 10 min manat olan şirkətin qanuni təmsilçisi Aqşin Bağırov Bağır oğludur.