“Blue City”dən reklam qalmaqalı… “Bu şirkətlər cəzalandırılmalıdır” –Video

“Blue City”dən reklam qalmaqalı… “Bu şirkətlər cəzalandırılmalıdır” –Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Blue City” Yaşayış Kompleksi müəllif hüquqlarını kobud şəkildə pozub. Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, şirkət müəllif hüquqlarını kobud surətdə pozaraq Cabir Novruzun “Tələsin insanlar” şerinə Bəstəkar Oktay Kazıminin bəstələdiyi və Rəşid Behbudov tərəfindən ifa olunan mahnının sözlərini təhrif edərək “Tələsin, insanlar, şadlıq görməyə” misrasını “Tələsin, insanlar, mənzil almağa” kimi təqdim edib.

Tribunainfo.az xəbər verir ki, hüquq müdüfiəçisinin sözlərinə görə, bu, qanunun kobud şəkildə pozulmasıdır və bu cür hallara qarşı ciddi addımlar atılmalı, maddi və mənəvi zərər tələb olunmalıdır :

“Hansısa avara müğənni (o yaxşı müğənni olsayı gözəl mahının pula görə belə təhrif etməzdi) mahnını dəyişərək mənzil satışını reklam edir. Bu şirkətlər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunu kobud surətdə pozmaqla yanaşı, həm də mənəviyyatımıza ziyan vurmaqdadır.
Mən rəhmətlik Cabir Novruzla qonşu olmuşam. Sonbeçik oğlu Müşviqin vəfatından sonra Cabir Novruzun əsərlərinə müəlliflik hüququnun kimə keçməsini bilmirəm (Müşviqdən əvvəl digər iki oğlu da vəfat etmişdi). Amma mütləq vərəsələri tapıb xəbər edəcəm. Mülki qaydada mübahisələndirib əvvəla mənəvi və maddi zərər tələb olunmalıdır, sonra isə belə reklamlar qadağan olunmalıdır. Xatırlayıram ki, 90-cı illərin sonunda “Nilaş” adlı dəftərxana ləvazımatı mağazası bəstəkar Qəmbər Hüseynlinin şair Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi “Cücələrim” mahnısını təhrif edərək reklam məqsədi üçün istifadə etdiyinə görə müəlliflərin vərəsələri müəhkəməyə idda verib işi udmuşdu. Tanınmış vəkil Alov Səfərəliyev iddanı müdafiə edirdi”.

Nigar