Moskvanın Meşçanski məhkəməsi bloqer İlya Varlamovu ümumi rejimli cəzaçəkmə müəssisəsində 8 il müddətinə azadlıqdan məhrum edib və onu 99,5 milyon rubl cərimələyib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məhkəmənin qərarı qiyabi qəbul edilib.
Bloqer iki maddə ilə təqsirli bilinib: Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsi “Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi haqqında bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması” və Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi”.
Varlamov öz YouTube kanalındakı videolardan birində Krivoy Roq və Odessada yaşayış binalarının atəşə tutulması barədə danışdıqdan sonra ona qarşı “saxta xəbər yayma” maddəsi ilə cinayət işi açılıb.
Bloqerin “xarici agentlik”də ittiham olunması isə onun “xarici agentlər”lə bağlı tələblərinə məhəl qoymaması ilə bağlıdır.