Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın “Bloomberg” qəzetinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə bağlı sürpriz açıqlama verib.
Tribunainfo.az Bloomberg-ə istinadən xəbər verir ki, o, konkret olaraq bildirib ki, Putin növbəti sülh sammitinə dəvət oluna bilər.
“Əgər danışıqlar masası arxasına oturmaq imkanı olarsa, Zelenski yaxın gələcəkdə Putin üçün belə bir fürsətin olacağını gözləməsə də, Putinin növbəti sammitə dəvət ediləcəyini istisna etmir”, – nəşr yazır.
Xatırladaq ki, bu il iyunun 15-16-da İsveçrədə, Luzern şəhərindən çox da uzaq olmayan kurort Bruqgenstokda Ukrayna məsələsi ilə bağlı konfrans keçirilib.
Kifayət qədər təmsilçi olsa da, Rusiya-Ukrayna münaqişəsində sülhün bərqərar olması baxımından real nəticələr verə bilməzdi. Kreml daha əvvəl bəyan etmişdi ki, münaqişənin Rusiya Federasiyasının iştirakı olmadan nizamlanması axtarışları tamamilə məntiqsiz və perspektivsizdir.