BLOOMBERG – SƏUDİYYƏ ƏRƏBİSTANI ASİYA VƏ AVROPA ÜÇÜN NEFTİN QİYMƏTİNİ QALDIRDIbackend

BLOOMBERG – SƏUDİYYƏ ƏRƏBİSTANI ASİYA VƏ AVROPA ÜÇÜN NEFTİN QİYMƏTİNİ QALDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi anti-Rusiya sanksiyaları fonunda Səudiyyə Ərəbistanı aprel ayında Asiya və Avropa bazarlarına neft tədarükü üçün qiymətləri artırdığını elan edib.

Tribunainfo.az Bloomberg-ə istinadən xəbər verir ki, aprel ayında Asiya üçün rəsmi satış qiyməti Oman-Dubay bençmarkından 2,5 dollar yüksəkdir ki, bu da mart ayı qiymət dəyərlərindən 50 sent yüksəkdir.

Səudiyyə Ərəbistanının dövlət şirkəti olan “Saudi Aramco” neftinin aprel ayında Avropanın şimal-qərbinə tədarükünün qiymətini bir barel üçün 1 dollar artırıb. Aralıq dənizində alıcılar üçün ICE Brent-ə qarşı müəyyən edilmiş qiymətlər 0,3 dollar artıb.