“Bloomberg” manşet xəbəri verdi: “Rusiya Ukraynanı işğal etməyə başladı”

“Bloomberg” manşet xəbəri verdi: “Rusiya Ukraynanı işğal etməyə başladı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bloomberg öz saytında Rusiyanın Ukraynanı işğal etməsi ilə bağlı xəbər dərc edib, lakin sonra səhvini etiraf edərək məlumatı silib.
Qaynarinfo bu haqda “RİA Novosti”yə istinadla  xəbər verir.
“Biz bir çox senarilər üçün başlıqlar hazırlayırıq və “Rusiya Ukraynanı işğal edir” başlığı təsadüfən səhər saat 16:00 ET radələrində saytımızda yerləşdirilib. Biz səhvə görə çox təəssüflənirik”, – agentlik bildirib.
Bloomberg-in bu hadisənin hansı şəraitdə baş verdiyini araşdırdığı da vurğulanır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika agentliyinin səhvini şərh edərək bildirib ki, bu nəşr ABŞ və Qərb paytaxtlarının aqressiv bəyanatlarının təhlükəsindən bəhs edir, bu cür mesajların necə düzəlməz nəticələrə gətirib çıxara biləcəyini göstərir.
“Bu, Vaşinqtondan, Londondan, Avropanın digər paytaxtlarından gələn sonsuz aqressiv bəyanatların doğurduğu vəziyyətin nə qədər təhlükəli olduğunun gözəl nümayişidir”, – Peskov RİA Novosti-yə bildirib.
Son aylar Rusiya ilə Qərb arasında münasibətlər daha da gərginləşib. Vaşinqton və Brüssel Kremli Ukraynaya işğal hazırlamaqda ittiham edir, bunun fonunda Şərqi Avropada mövcudluğunu gücləndirir və anti-Rusiya sanksiyalarını sərtləşdirməklə hədələyir.
Moskva bütün iddiaları rədd edir və Kiyevin Minsk razılaşmalarına əməl etmədiyini xatırladır: “Ukrayna hakimiyyəti ordunun şəxsi heyətinin yarısını təmas xətti yaxınlığında cəmləyib və “milisləri” qadağan olunmuş silahlardan atəşə tutur”.
Kreml və Xarici İşlər Nazirliyi dəfələrlə qeyd ediblər ki, “işğal hekayələrinin məqsədi Rusiya sərhədləri yaxınlığında xarici qruplaşma yaratmaqdır”. Kremlə görə, eskalasiyanın əsas səbəbi Ukraynanı silahla “pompalayan”, bununla da onu hərbi avantüralara doğru sövq edən ABŞ və NATO-nun hərəkətləridir.
Ötən ilin sonunda Moskva Brüssel və Vaşinqtona təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlərin layihələrini təqdim edib, əsas tələb NATO-nun şərqə doğru genişlənməməsi olub, lakin Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Qərb özünün yazılı cavablarında bu şərtlərə məhəl qoymayıb.