Türkiyə, Rumıniya və Bolqarıstan Ukraynadan taxıl daşıyan gəmilərin təhlükəsizliyini təmin etmək üçün Qara dənizdə birgə minalardan təmizləmə əməliyyatına başlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Qeyd olunur ki, Türkiyənin rəhbərlik etdiyi minalardan təmizləmə təşəbbüsü artıq Qara dənizdə başlayıb.
Yanvarın 11-də Türkiyənin Müdafiə Nazirliyi Qara dənizdə minalardan təmizləmə qrupu çərçivəsində Rumıniya və Bolqarıstanla birgə işlərə başlandığını elan edib.
Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər aydınlıq gətirib ki, bu qrupun yaradılması Ukraynadakı münaqişə ilə əlaqədar Qara dənizdə təhlükəsizlik şəraitinin pisləşməsi ilə bağlıdır.
Əlavə edək ki, 2022-ci ildə Ukraynada münaqişə başlayandan sonra Qara dənizdə dəniz minalarının sayı xeyli artıb ki, bu da gəmiçilik və xüsusən də bir çox ölkələr üçün həyati əhəmiyyət kəsb edən taxıl daşınması üçün təhlükə yaradıb.