Blogger Arşakyan: “Qarabağ ermənilərinin 30 faizi ölkəni tərk edib, Allah daimi etsin”

Blogger Arşakyan: “Qarabağ ermənilərinin 30 faizi ölkəni tərk edib, Allah daimi etsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda aparıcı bloggerlərlə Qarabağdan könüllü köçmüş ermənilər arasında ixtilaf istintaq işinin başladılmasına səbəb olub.

Tribunainfo.az xəbər verir ki, artıq 4 bloggerə qarşı ittiham irəli sürülüb və araşdırma aparılır.

Belə ki, bir zamanlar Qarabağa gələrək, ermənilərin Azərbaycan cəmiyyətinə isteqrasiyasında iştirak etmək üçün rəsmi Bakıya müraciət edən Natali Aleksanyan Qarabağ ermənilərini Ermənistanın daxili sabitliyini pozmaqda ittiham edib.

Digər blogger Bağdasaryan isə Qarabağ ermənilərinin Ermənistandan çıxarılmasının tərəfdarı olduğunu, onları döyüşmədiyini və qorxaq olduqlarını bildirib.

Ermənistanın tanınmış bloggeri Arsen Arşakyan isə Qarabağ ermənilərinin Ermənistandan başqa ölkələrə köçməsini xoş xəbər adlandırıb. “Sabahınız xeyir, ermənilər. Günə çox yaxşı xəbərlə başlayaq. “Metaksix”in məlumatına görə, Qarabağ sakinlərinin 30 faizi Ermənistanı tərk edib. Allah sizi heç vaxt geri qaytarmasın və köçünüzü daim etsin”.

Fərda Uğur