BLİNKENİN İRAN BƏYANATI: “HEÇ NƏ DƏYİŞMƏYİB”

BLİNKENİN İRAN BƏYANATI: “HEÇ NƏ DƏYİŞMƏYİB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken İranda ev dustaqlığına salınan amerikalı məhbuslarla bağlı Tehranla gündəmdə olan razılaşmaya toxunaraq, “İrana ümumi yanaşmamızla bağlı heç nə dəyişməyib” deyib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransında İranda ev dustaqlığına salınan amerikalı məhbuslarla bağlı Tehranla gündəmdə olan razılaşmaya toxunub.

Keçən həftə İran rəsmilərinin 5 ABŞ vətəndaşını həbsxanadan ev dustaqlığına köçürdüklərini təsdiqlədiklərini bildirən Blinken, “Bu administrasiyanın işə başlamasından bəri onların çoxu həbsdədir. Biri təxminən səkkiz ildir saxlanılır. Onların heç biri həbs edilməməli idi. Mən dünən bu məhbusların bir neçə yaxını ilə danışdım. İnsanlarımızın ev dustaqlığına buraxılması müsbət addımdır, amma onlar hələ evdə deyillər. Biz onların səhhətini diqqətlə izləyirik, isveçrəli tərəfdaşlarımıza yerlərdə göstərdikləri dəstəyə görə xüsusilə minnətdarıq və soydaşlarımız ailələrinə qovuşduqdan sonra ABŞ-a qayıtmayana qədər dincəlməyəcəyik”, – deyib.