ABŞ dövlət katibi Entoni Blinken ikinci Yaxın Şərq turnesinə başlayıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Blinkenin təyyarəsi İsrailə çatıb.
Blinkenin İordaniya, Misir və Qətərdən sonra Türkiyəyə səfəri gözlənilir. Bəs Amerika dövlət katibinin gündəmində nələr olacaq?
Amerikalı nazir Həmas hücumundan dərhal sonra ilk səfərində İsrailə qeyd-şərtsiz dəstək verib.
İlk turunda İsrailə enən kimi “Mən bu gün təkcə ABŞ dövlət katibi olaraq deyil, həm də bir yəhudi olaraq buradayam” sözləri ilə diplomatiya qalmaqalı yaradan Blinkenin ikinci turunda bir çox gündəm mövzusu var.
Bu dəfə Blinkenin Qəzzadakı humanitar vəziyyəti nəzərə alaraq daha balanslı mesajlar verəcəyi, eyni zamanda İsrailə dəstəyini təkrarlaması gözlənilir.