ABŞ dövlət katibi Antoni Blinken İsrail prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, görüş zamanı Blinken münaqişələrdə mülki şəxslərə dəyən zərərin minimuma endirilməsi üçün tədbirlərin görülməsinə çağırıb.
Blinken, İsrailin özünümüdafiə haqqını müdafiə etdiklərini bir daha vurğulayaraq, Qəzzaya humanitar yardımların artırılması və sürətlə çatdırılması lazım olduğunu bildirib.
Digər tərəfdən nazir Blinken ukraynalı həmkarı Dmitro Kuleba ilə də telefonla danışıb və Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.