Blinken Ukraynada barda mahnı oxudu – Qəzzanın tənqidi gecikməyib – VİDEO

Blinken Ukraynada barda mahnı oxudu – Qəzzanın tənqidi gecikməyib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsində Kiyevi dəstəkləməklə tanınan ABŞ dövlət katibi Entoni Blinken Kiyevdəki barda gitara çalıb və mahnı oxuyub.
Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, Blinkenin ifası sosial şəbəkədə də paylaşılıb.

Yazıya edilən şərhlərdə ABŞ-ın Ukraynaya dəstək verərkən Qəzza ilə bağlı təsirsiz olduğu üçün tənqid edilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller X hesabındakı paylaşımında nazir Blinkenin Kiyevdə ziyarət etdiyi barın fotosunu paylaşıb. Miller, “Ukrayna azad dünya üçün ayağa qalxdı və azad dünya Ukraynanı dəstəkləyir” dedi. Bəyanatla bağlı yazısında Blinkeni Kiyevdə izləyən amerikalı jurnalistin postundan sitat gətirilib.

Görüntüləri təqdim edirik: