ABŞ dövlət katibi Antoni Blinken ABC World News Tonight proqramında İsrail-Fələstin münaqişələri ilə bağlı açıqlamalar verib.
Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, Blinken Benyamin Netanyahu ilə görüşləri barədə də məlumat verib.
Dövlət katibi Blinken İsrailin baş nazirinə “İsrail Qəzzanı yenidən işğal edə bilməz” deyib. Digər tərəfdən, Blinken əlavə edib ki, Qəzzada təhlükəsizlik təmin olunana qədər keçid dövrünün olması lazım ola bilər.
Blinken, “Qəzzanın gələcəyinə gəlincə, bizim fikrimizcə Qəzza Fələstin idarəçiliyində olmalı və təhlükəsizlik təmin edilməlidir” dedi.