ABŞ dövlət katibi Entoni Blinken bu günlərdə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlara münasibətini növbəti dəfə bildirib.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Blinken Tviter hesabında ” Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində qəbul etmək mənim üçün şərəf idi. Mən əldə olunmuş irəliləyişdən məmnunam və razılığın əldə olunması ilə bağlı nikbinəm”, -deyə paylaşım edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Xarici İşlər Nazirliyinin rəhbəri azərbaycanlı və erməni həmkarları ilə yekun görüş keçirib, danışıqlarda qeydə alınan müəyyən irəliləyişlərdən danışıb.