ABŞ dövlət katibi Antoni Blinken əməkdaşlarına göndərdiyi elektron məktubda İsrailin Qəzzaya hücumlarına prezident Co Bayden administrasiyasının yanaşması ilə bağlı nazirlik daxilində fikir ayrılığının olduğunu etiraf edib.
Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, Blinken bu böhranda əziyyət çəkən körpələrin, uşaqların, qocaların, qadınların və digər mülki şəxslərin görüntülərini görməyin ürək ağrıdıcı olduğunu ifadə edərək, bunu özünün də hiss etdiyini qeyd edib.
Blinken Qəzzada çox sayda fələstinli mülki vətəndaşın öldüyünə diqqət çəkərək, “Biz Fələstinlilərin birliyinə və idarəçiliyinə inanırıq. Regionun yenidən qurulması dayanıqlı mexanizmlə dəstəklənməlidir”, – deyib.
Qeyd edək ki, diplomatların imzaladığı bəyanatda İsrailin Qəzzada “müharibə cinayətləri” törətdiyi və Baydenə İsrailin hərəkətlərini daha çox şübhə altına almağı tövsiyə etdiyi bildirilib.