BLİNKEN BANKLARA MƏKTUB YAZDI

BLİNKEN BANKLARA MƏKTUB YAZDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken əmin edib ki, Vaşinqton Rusiya taxılının ixracına maneələrin aradan qaldırılması üçün tədbirlər görüb.

Tribunainfo.az xəbər verir ki, O, Fransanın RFI radiosuna bildirib ki, banklara məktublar göndərərək, Rusiya taxılının tədarükünü dəstəkləmələrini xahiş edib.

O, radiostansiyaya ABŞ-ın Rusiyadan taxıl tədarükünü dəstəklədiyini izah edərək banklara müraciət etdiyini bildirib. O, Rusiyanın Afrika ölkələrinə pulsuz təklif etdiyi taxıl tədarükünü də “okean damlası” kimi qiymətləndirib. Söhbət Rusiya prezidenti Vladimir Putinin altı Afrika ölkəsinə 25-50 min ton taxılın pulsuz tədarükü ilə bağlı təşəbbüsündən gedir.

Dövlət Departamenti rəhbərinin sözlərinə görə, ABŞ “bu məsələlərin həlli üçün hər şeyi edib”.