ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya səfəri zamanı Ukraynaya 1 milyard dollarlıq yeni yardım paketini açıqlayıb və son həftələrdə Ukraynanın Rusiyaya qarşı hücumunda irəliləyiş olduğunu bildirib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Blinken Ukraynada prezident Vladimir Zelenski, baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.
Zelenski və Şmiqalla görüşlərindən əvvəl mətbuata açıqlama verən Blinken ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
Blinken ukraynalı həmkarı Kuleba ilə görüşündən sonra birgə mətbuat konfransı keçirib.