Valerien İsmael “Blekbörn Rovers”in baş məşqçisi təyin edilib.
Tribunainfo.az xəbər verir ki, fransalı məşqçi ilə 2028-ci ilin iyun ayına qədər razılığın əldə edildiyi açıqlanıb.
Karyerasında “Hannover”, “Volfsburq”, “Nürnberq”, “LASK Linz”, “Barnsley”, “Vest Bromviç Albion” və “Vatford” klublarında çalışmış 49 yaşlı məşqçi 2022-ci ildə 7 ay “Beşiktaş”ı çalışdırıb.
Valerien İsmael “Blekbörn Rovers”də işləyən ilk fransız menecer olacaq.
Qeyd edək ki, “Blekbörn Rovers” 15 qələbə, 6 heç-heçə və 13 məğlubiyyət nəticəsində 51 xalla liqada 6-cı yerdədir.