Biznes-klass müştərilərini taxtabiti yedi, aləm qarışdı

Biznes-klass müştərilərini taxtabiti yedi, aləm qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan hava yollarının təyyarəsində biznes-klassı bölməsində uçan sərnişinləri taxtabitilər dişləyib. Buna görə şirkət sərnişinlərdən üzr istəyib. 

Hindistan Hava Yolları (Air India), keçən həftə gerçəkləşdirdiyi Nyu-York – Mumbay səfəri zamanı sərnişinlərini pis vəziyyətdə qoyub. Belə ki, biznes-klassda gedən sərnişinləri taxtabitilər dişləyib. Air India taxtabiti hücumunun isti havalardan qaynaqlandığını açıqlayıb. Şirkət hadisə ilə bağlı istintaqa başlayacağını deyib. Air India-dan verilən açıqlamada bildirilir ki, təyyarə olduqca səliqəli şəkildə dərmanlanıb.17 iyuldakı səfər zamanı taxtabitilərin dişlədiyi sərnişinlər sosial mediada şəkillərini paylaşıblar. Bu şəkillərdən birində bir sərnişinin qolunun taxtabiti dişləməsindən şişmiş vəziyyətdə olduğu görülüb. 3 il əvvəl də Mumbay-London səfəri edən başqa bir Air İndia təyyarəsində sərnişinlər bir siçan gördükləri üçün panikaya qapılmış və təyyarə İran üzərində olduğu halda geri qayıtmışdı.

Hindistanın ən böyük beynəlxalq hava yolu şirkəti Air İndia şirkəti ciddi borc qalmaqalı içindədir.

Şirkətin 10 milyard dollar məbləğində borcu olduğu bildirilir. 2007-dən bəri gəlir əldə edə biməyən və bazar payı gedərək kiçilən şirkət uçuşların ləğvi və xidmət keyfiyyətinin aşağı düşməsinə görə yaxşı bir imicə sahib deyil. Hindistan hökumətinin iyun 2017-ci ildə özəlləşdirmə qərarı aldığı şirkətə alıcı çıxmamışdı.