“Bizim  prezidentə göndərdiyimiz minlərlə şikayət ünvanına çatmır”-“Karvan”da malları yanan sahibkarlar

“Bizim prezidentə göndərdiyimiz minlərlə şikayət ünvanına çatmır”-“Karvan”da malları yanan sahibkarlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ-ın  elektron poçtuna Sumqayıt şəhər sakinləri -Füzuli Quliyev, icarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov və Dilavər Abdullayeva tərəfindən “Karvan” Ticarət Mərkəzinin rəhbərliyi ilə bağlı  şikayət məktubu daxil olmuşdur.Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli redaksiya 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə  düşməyimiz həm məhkəmə,həm də cavabdeh tərəf-“Karvan”ın rəhbərliyi tərəfindən təsdiqlənsə də bizə dəyən zərər ödənilmir.

Bizə ,çox maraqlıdır ki,biz bu barədə hörmətli prezident İlham Əliyeva yüzlərlə,hətta 1000-lərlə şikayət məktubu yazsaq da bizə indiyəcən bir dəfə də olsun cavab gəlməyib.

Axı bu necə ola bilər?Belə çıxır bu məktublar Prezident Administirasiyasının məsul işçisi,Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Vəfadar Bağırov tərəfindən gizlədilir,kənara qoyulur.Əks halda bizə ən azından etdiyimiz yüzlərlə müraciətin birinə heç olmasa cavab gəlməli idi.Axı biz həmin müraciətlərdə ünvanlarımızı göstərmişik.Yəni ola bilməz ki,dövlət başçısına rəsmi müraciətlərimiz əgər ünvana çatırsa  bu illər ərzində bir dəfə də olsun ordan cavab gəlməsin.

Bu biabırçılıqdır,qanunsuzluqdur,prezidentin tapşırıqlarına məhəl qoymamaqdır.Bizi sadəcə məmurlar icra hakimiyyətində,PA-da “yola verirlər”,başımıza aldadırlar.Belə edirlər ki,biz öz haqqımızdan  bezib əl çəkək.

Prezidentin Administrasiyasının həyətindəki şikayət məktublarının qəbulu otağındağı poçt qutusuna da əlbəəl qutuya atmışıq. Prezidentə ünvanladığımız məktublardan cavab almamağımız barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri  Süleyman İsmayılova da dəfələrlə məktub göndərmişik,amma digər məktublarımız, müraciətlərimiz kimi ondan da  heç bir rəsmi cavab almamışıq.

Onu da qeyd edək ki, Vafadar Bağırov bizi Sumqayıt icra hakimiyyətində qəbula salmaqla öz işini bitmiş hesab edir.Heç zaman, problemimizi çox gözəl bilsə də onun  həllinə elə də  çalışmır,ürəkdən yanaşmır.Halbuki bu da onun vəzifə borcuna aid bir məsələdir.

Dəfələrlə danışdığımız  V.Bağırov  bizimlə telefon danışığında deyib ki,bu məsələ prezidentə aid məsələ deyil,prezident  o işlərə baxmır.Ancaq məlumdur ki,prezident dəfələrlə sahibkarlara qayğı  və diqqətin  dövlətimizin inkişafı üçün vacib olmasını qeyd etmiş, dəfələrlə deyib ki, sahibkarlara qayğı göstərilməli, onların fəaliyyətinə süni maneə yaradılmamalıdır.Bu sözləri deyən prezident ola bilməz ki, Vafadar Bağırov dediyi kimi “belə şeylərlə” məşğul olmasın,çünki möhtərəm prezident hər bir vətəndaşın prezidentidir.

Bizim işi aidiyyəti olmayan istiqamətə yönəldən Vəfadar Bağırov dediyimiz kimi həmişə görüşdə bildirib ki,prezidentin sahibkrlarla bağlı şikayətinə heç bir aidiyyəti yoxdur.Onda onun məntiqi ilə belə sual əmələ gəlir ki, prezidentin vəzifəsi bəs nədir?!

Biz 3 sahibkarın şikayəti  dəfələrlə  ölkə mətbuatında  işıqlansa da,bu barədə 5 il ərzində  müraciət etmədiyimiz qurum qalmasa da , icra başçısı  Zakir Fərəcov bizim pulumuzun ödənilməsi barədə yazılı göstəriş versə də  bizim  pulumuz “Karvan” Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən hələ də ödənməyib.

Bizə-Şiralı Əsgərova(170 min), Füzuli Quliyevə(55 min)Dilavər Abdullayevaya (100min )  yanğından ümumilikdə  325 min manat  zərər dəyib.

Ağamirzə Əhədov 2016-cı ildə dünyasını dəyişəndən sonra atasının yerinə “Karvan”ın  icraçı direktoru vəzifəsinə  keçən  Kamil Əhədov  min bir bəhanə ilə pulumuzu ödəmir.

2016-cı il, dekabrın axırında  Baş prokurorun müavini Rüstəm Usubovla görüşdük.O dedi ki,göstəriş verəcək ki,bizə dəyən ziyan ödəsinlər.

2017-ci il yanvarın 30-u Sumqayıtda vətəndaşları qəbul edərkən Baş prokuror Zakir Qaralov bizi də qəbul etdi.  Cənab Zakir Qaralov bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir,” mənə  bir az vaxt verin bu məsələni araşdıraram”,amma  şikayət nəticəsiz qaldı deyə yenidən rəsmi qaydada müraciət etdik.

Bundan sonra  baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə  Zakir Qaralov  şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki,aşağıda adıçəkilən şəxslərə  dəyən zərər təxirə salınmadan aradan qaldırılsın,yəni  ödənilsin.

9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub.

Biz icra başçısı ilə  son  görüşdən sonra bir müsbət nəticə əldə edə bilmədiyimizdən demək olar ki,2 aydır ki,başqa işimizi-gücümüzü tullayıb hər gün Sumqayıt icra hakimiyyətinə getmişik,səhər saaat 10-dan axşam demək olar ki,19:00-can icra hakimiyyətinin ya qəbul şöbəsində,ya da çölündə oluruq ki,problemimizi həll edək.

Son zamanlar biz ən azı 10 saat,iş saatı qurtaranacan  bizi  icra hakimiyyətində gözləmişik ki,problemimiz həll olunsun. İcra hakimiyyətinin  verdiyi göstərişin bir icra mexanizmi,yerinə yetirilməsində  müəyyən vaxt var,5 gün 10 gün,makimum 1 ay.

Bizi ümidli qoyurlar amma işimiz həll olunmamış qalır.Bizim maddi vəziyyətimiz də külli miqdarda ziyana düşdüyündən çox acınacaqlıdır,indiyəcən bizi bu çəkişməyə xeyli xərcimiz çıxıb.Bizim almaq istədiyimiz -bizə dəymiş ziyanın məbləği də devalvasiyalar nəticəsində dəyərini də xeyli itirib.

Şikayətlərimizin çəkisi fantastik  dərəcəyə 15 kq-a çatıb,amma biz öz  halal pullarımızı ala bilmirik.

PA-ya ,Sumqayıt icra hakimiyyətinə çoxsaylı get-gəldən ,tələblərimizdən sonra icra başçısı icra başçısı  Zakir Fərəcov  bu il martın 12-də bizi ərizəmizə uyğun olaraq ,sakinlərlə növbəti səyyar qəbul-görüş çərçivəsində  qəbul etdi.Görüşdə  Zakir Fərəcova bizim üçümüzü də diqqətlə dinlədi bildirdi ki, müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəzail  Hüseynova göstəriş verdi ki,bizim problem araşdırılsın və qarşı tərəf-”Karvan”ın rəhbərliyinə bildirilisin ki,dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir. İcra başçısının tapşırığına əsasən “Karvan”ın direktoru Kamil Əhədovu icra hakimiyyətinə çağırıb  və onunla  danışıb,amma dediyimiz kimi bizim məsələ öz həllini tapmayıb.

Belə çıxır ki,icra başçısı  Zakir Fərəcovun yazılı göstərişi  yerinə yetirilməmiş,havada  qaldı. Halbuki qarşı tərfələ müəyyən mənada razılıq  əldə olunmuşdur. Əldə etdiyimiz məlumata görə  bizim pulumuzun verilməsinə ən əsas Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsinin müdiri vəzifədə işləyən  polkovnik-leytenant  Mübariz Əhədov süni əngəl törədir,zərərçəkmişlərə dəyən zərərin ödənilməsinin təmin edilməsinə razılıq vermir,pulu ödəməmək üçün mane törədir.

“Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra ,ticarət mərkəzində digər qardaşların da payı olmasına baxmayaraq  “Karvan”a faktiki olaraq o  rəhbərlik edir. Kamil Əhədov Ağamirzə Əhədov ölməyənəcən onun müavini  gedirdi.  Kamil Əhədov rəsmi  direktor olsa da “Karvan”ın idarəçiliyinə tam  və əsas Mübariz Əhədov rəhbərlik edir,yer pulların,icarə haqlarının  yığılmasına, ticarət mərkəzində yer bölgüsünə  o nəzarət edir.  Təbii,məmur,dövlət qulluqçusu olduğundan o bunu rəsmi yox,qeyri-rəsmi edir.Çünki bildiyiniz kimi dövlət məmuru kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Mübariz Əhədov zərəçəkənlərin pulunu vermək istəməməsini,razılaşmanı pozmasını  onunla əsaslandırır ki:”Məhkəmə olub,cavabdeh cəzasını çəkib, İsməliyə  xeyli xərc çəkilib.Hara gedib şikayət edirlər etsinlər.Məhkəmə qərarında ziyanın ödənilməsi göstərilməyib”.

Mübariz Əhədov  vaxtını öz işindən çox “Karvan”da keçirir.

Mübariz Əhədovun    “Karvan” Ticarət Mərkəzində idarəçiliyində əsas füqur  olmasına AzTv kanalının  2016-cı ilin noyabrında,“Karvan”ın yanğından sonra əsaslı təmirdən sonra açılıçından hazırladığı reportajdan da görmək olar.Həmin reportajda danışanların arxasında “Karvan”ın rəsmi sahibi Kamil Əhədovun yanında duran qardaşı Mübariz Əhədov bəlkə də məmur kimi iş vaxtı orda durub.Hiss olunur ki,o dövlət qulluqçusundan çox “Karvan”ın sahiblərindən biridir.

Bundan əvvəl də ondan DİN rəhbərliyinə , Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edilib və bildiyimizə görə Mübariz Əhədova bununla bağlı xəbərdarlıq edilib.Amma görünür Mübariz Əhədov Daxili İşlər Nazirliyinin xəbərdarlığından heç bir nəticə çıxartmayıb, cəzalanmayacağından  arxayındır.

 

Prezidentin xeyir-duası ilə Zakir Fərəcov Sumqayıta icra başçısı seçilib .Bizə şox şübhəli gəlir ki,necə olur ki,icra başçısının şəhərdə nüfuzu çox böyük olduğu halda -“Karvan”nı idarə edən qardaşlar onun göstərişinə məhəl qoymur.Bizi icra başçısı Zakir Fərəcov susqunluğunu başa düşmürük.

Dövlət məmuru olan qanunsuz olaraq bizneslə açıq-aşkar məşğul olan Mübariz Əhədov rahatca deyir ki,gedin kimə istəyirsiz şikayət edin.Bəlkə də bizə qarşı belə münasibətin kökündə vətəndaşları dövlətdən incik salmaq istəyi,təxribatdır.

Vəfadar Bağırovla məsələ ilə bağlı ,onu həlli bağlı soruşduqda  o əvvəl bizə deyirdi ki, bizim müqaviləmiz olmayıb. Halbuki bizim 2006-cı ildən yanğın baş verənə -fəaliyyət göstərənə qədər 2013-cü ilə  qədər rəhbərliyi ilə rəsmi müqaviləmiz olub ki,həmin müqavilə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşuq. “Karvan”ın rəhbəri öhdəliyi pozub.

Vəfadar Bağırov  sanki qardaşları qoruyur və beləliklə cinayətin üstü ört-bastır edilir.Belə görünür ki,onların –bu qardaşların ölkənin idarəçiliyində nüfuzu böyükdür ki,onlara batmaq olmur.Biz düşünürük ki,görünür ki, Vəfadar Bağırovun “Karvan”ın rəhbəri ilə  sıx əlaqəsi var,bu məsələdə onun marağı var.Baxmayaraq ki, Vəfadar Bağırov “Karvan” Ticarət Mərkəzinin sahiblərini tanımadığını deyir,bu inandırıcı deyil.Çünki Sumqayıt çox böyük şəhər deyil və burada “Karvan” Ticarət Mərkəzinin sahibini,digər tanınmış 5-6 altı iş adamı kimi hamı tanıyır.

Mayın 14-ü biz Prezident Administrasiyasına gedib Vəfadar Bağırovun qəbulunda  olduq və onunla yenidən görüşdük onun dediyi müqaviləni də ona göstərdik və o dedi ki,başçı ilə danışmışam və başçı da deyib ki sizə köməklik oluncaq.Səhəri də Vəfadar Bağırova zəng etdik və o dedi ki,Zakir Fərəcovla şəxsən danışıb və o da deyib narahat olmayın onlara,yəni bizə  köməklik olunacaq.

Mayın 15-i yenə getdik Sumqayıt İcra hakimiyyətinə və Fəzail Hüseynovla neçənci dəfə  görüşdük .O  Kamil Əhədova zəng edib bildirdi ki, bu məsələ öz həllini tapmalıdır,sahibkarlrı aldatmaq lazım deyil,onlar neçə vaxtdır gəlib-gedirlər.Məsələ 19-una qaldı.Guya Kamil Əhədov deyib ki,biz ödəməyə hazırıq,amma bizə vaxt verin.

Fəzail Hüseynov Kamili də, bizi də  icra hakimiyyətinə görüşə dəvət etdi.

Səhəri Kamil Əhədov başa düşdük ki,gəlməyib.İcra hakimiyyətində isə bizə bildirilirdi ki,qarşı tərəf-yəni Karvanın şərikləri pulunuzu verməkdən imtina edir.

Mübariz Əhədov deyib ki,”mən onlara pul vermirəm gedib hara istəyirlər gedib şikayət etsinlər”.

Doğrudanmı dövlət Mübariz və Kamil Əhədov qardaşları qarşısında acizdir,ya onlar yüksək vəzifəli məmurlar himayədarlıq edir deyə biz illərdir öz halal pulumuzu ala bilmirik?!Amma bütün bunlara baxmayaraq biz geri çəkilmək niyyətində deyilik,bizə dəyən zərər ödənməyəcən  bütün qanuni yollardan istifadə edib mübarizəmizi davam edəcəyik.Allahın köməkliyi ilə haqq-ədalət sonda öz yerini tapacaq və  çox güman bizim şikayətlərimizi bloklyanlara və yerli məmurlara  arxanalaraq bizə “gedib hara istəyirsiz şikayət etsinlər,vecimə də deyil” deyən ölkə qanunlarını tapdalayan “Karvan”ın sahibi -DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsinin müdiri polkovnik-leytenant  Mübariz Əhədov kimilər öz cəzasına çatacaq”.

Füzuli Quliyev-(055) 642 42 69

İcarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov Şiralı Əsgərov (050) 399 81 77

Dilavər Abdullayeva(050) 560 30 74