“BİZİM O RAKETLƏRİ MƏHV EDƏCƏK SİSTEMİMİZ VAR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müdafiə naziri Zakir Həsənovun Rusiyanın RİA Novosti agentliyinə verdiyi intervünü yəqin oxuyanlar var. Həm aprel döyüşlərinin niyə dayandığını, həm də təzədən döyüşlər başlanarsa, Azərbaycanın hansı addımları atacağını bilmək baxımından olduqca maraqlı intervüdür 

“Müdafiə naziri Zakir Həsənovun Rusiyanın RİA Novosti agentliyinə verdiyi intervünü yəqin oxuyanlar var. Həm aprel döyüşlərinin niyə dayandığını, həm də təzədən döyüşlər başlanarsa, Azərbaycanın hansı addımları atacağını bilmək baxımından olduqca maraqlı intervüdür

TİA.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Fikir verin, cənab Həsənov deyir ki, döyüşlər zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu ona, həmən ölkənin baş qərargah rəisi Valeri Gerasimov da bizim baş qərargah rəisinə zəng edərək, döyüşlərin dayandırlmasını istəyiblər.
Mən fikirləşmirəm ki, döyüşlərin dayandırılmasıyla bağlı bizə ancaq adı çəkilən bu iki adam zəng edib. Çox ehtimal ki, zəng edənlərdən biri də Rusiyanın xarici işlər naziri Sergey Lavrov olub. Döyüşlərin dayandırılmasında rolu olan şəxslar kimi niyə onun deyil də, Şoyquyla Gerasimovun adlarının çəkildiyini açıqlamağa, fikrimcə, ehtiyac yoxdur. Niyəsi aydındır. Nazirimizin dediklərindən o da aydın olur ki, Azərbaycan atəşı azacıq dayandıran kimi havadarlarını qabağa verən haylar bundan cəhbəyə yeni qüvvələr yeritmək üçün faydalanıblar. Təkidlə döyüşlərin dayandırılmasını belə deyək, istəyənlər bunu bilmirdilərmi?
“Biz o zaman döyüşləri dayandırmamalı, axıradək getməliydik”,- deyənlər müdafiə nazirimizin bu açıqlamalarından sonra yəqin anlayacaqlar ki, onda böyük təhlükələrlə üz-üzə qalacaqdıq. Həm də ona görə qalacaqdıq ki, sən demə Ermənistandakı “İsgəndər” raketləri də döyüş hazırlığı vəziyyətinə gətirilibmiş. Bu fakt da ilk dəfədir açıqlanır. Haylar bunu öz təşəbbüsləriyləmi etmişdilər? Zakir Həsənovun müsahibəsındən belə anlaşılır ki, yox. Yeri gəlmişkən, aprel döyüşlərinə qədər haylara “İsgəndər” zenit raket kompleksinin verildiyi bəlli deyildi . Belə görünür ki, “İsgəndər” məhz ötən ilin aprelində çox “operativ” şəkildə hayların tərəfinə “keçib””.

S.Alıyev deyir ki, o zaman bizim həmən raketləri məhv edəcək sistemimiz olmasa da, indi var: “Üstəlik indi bizdə raketlərin sayı Ermənistandan 50 dəfə çoxdur!
50 dəfə çox olduğu üçün də Azərbaycan Rusiyanın Suriyada gerçəkləşdirdiyi hərbi əməliyyatları öyrənir və öz torpaqlarında oxşar addımlar ata bilər. Bunu da general Həsənov çəkinmədən dilə gətirir.
İntervüdən anlaşılan bir də budur ki, yenidən geniş hərbi əməliyyatlara start veriləcəyi təqdirdə, Azərbaycan ordusu axıradək gedəcək. Hayların havadarlarının ötən ilin aprelində etdikləri zənglər bu dəfə təkrarlansa belə, əvvəlki qədər effektli olmayacaq. “İsgəndər” raketini zərərsizləşdirə bilən kompleksin əldə edilməsi, İsrail, Türkiyə, Pakistan və bir çox başqa ölkələrlə hərbi əməkdaşlığa daha çox diqqət yetirilməsi, elə müdafiə naziri Zakir Həsənovun bu açıq ismarıclarla dolu intervüsünün özü də məhz bundan xəbər verir”.

İlahə