“Bizim bala” körpələr evi və uşaq bağçasını cəriməldilər – SƏBƏB

“Bizim bala” körpələr evi və uşaq bağçasını cəriməldilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi Rayonunda yerləşən “Bizim bala” körpələr evi və uşaq bağçası yanğın təhlükəsizliyini pozduğuna görə cərimələnib.

Tribunainfo.az xəbər verir ki, bağça İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsininin tələbini pozub. Sözügedən maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Bağça ilə bağlı açılmış işə 29 may tarixində Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Nigar