Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin “Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi” iddiası ciddi qalmaqala səbəb oldu.
Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin “Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi” iddiası ciddi qalmaqala səbəb oldu.
“Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”, – deyə o iddiasında bildirib.
Bütün tarixi mənbələrin əksinə olan bu iddianın kimə istinadən səsləndirilməsi də maraqlı idi.
A.Əlizadə bildirib ki, o, bu barədə Fazil Mustafanın (Milli Məclisin deputatı – red.) elmi məqaləsinə istinadən danıSonradan Araz Əlizadənin yanlışlığa yol verdiyinə görə Fazil Mustafadan üzr istədiyi haqda məlumat yayıldı. İki deputatın mübahisəsi sona çatsa da, Nuru Paşa haqqında iddianın müzakirəsi bitmir.
Publika.az bu müzakirələri nəzərə alaraq, XX əsrin əvvəllərində baş verənlərə aydınlıq gətirmək üçün tarixçilərə üz tutdu.şır.
F.Mustafa isə deyilənləri təkzib etdi və bildirdi ki, heç vaxt Nuru Paşaya qarşı bir kəlmə də yazmayıb. Tarix elmləri namizədi Kərəm Məmmədov da Osmanlı və Nuru Paşa haqqındakı iddiaları absurd hesab edir.
“Əgər Osmanlı 1918-ci ildə erməniləri bizim üstümüzə qaldırmışdısa, bəs 1905-ci ildə olanları kim eləmişdi?! Bu yanaşmanın heç bir əsası yoxdur”, – deyə o bildirib.
K.Məmmədov qeyd edib ki, bütün münaqişə 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra başlandı: “Həmin müqavilənin 15-ci maddəsinə uyğun olaraq, Çar Rusiyası erməniləri Azərbaycanın ən görməli, yaxşı yerlərinə köçürtdü. Bununla da münaqişənin əsası qoyuldu. Çar Rusiyası bundan zaman-zaman basdırılmış mina kimi istifadə etdi, həmişə də erməniləri müdafiəsində durdu. 1918-ci ildə baş verənlər də bunun davamı idi”.
Tarix elmləri namizədi əlavə edib ki, Nuru Paşa Azərbaycana ordu ilə gəlməmişdi.
“O, bir neçə zabitlə gəlmişdi və Qafqaz İslam ordusunu burada yaratdı. Əvvəlcə Dağ Borçalıdan könüllülər bu orduya qatıldı. Sonra Gümrüdən, Cəlaloğludan, Qazaxdan, Gəncədən gələnlər əsasında ordu yaradıldı. Nuru Paşanın ögey qardaşı Ənvər Paşa da artilleriya dəstəsi göndərdi. Çünki həmin vaxt bizim artilleriyamız yox idi. Beləliklə, Bakı işğaldan azad olundu. Burada hansı qızıldan söhbət gedə bilər?! Ola bilsin ki, Bakı işğaldan azad olunandan sonra əsgərlərə hansısa mükafatlar verilib. Lakin bu, da dəqiq deyil. Osmanlı ordusu muzdlu qoşun deyildi ki, nəyinsə qarşılığında döyüşsünlər. Bu iddialar hansı mənbələrə əsasən irəli sürülür?!”, – deyə o vurğulayıb.
K.Məmmədov hazırda çoxlarının özünü tarixçi hesab etdiyinə də diqqət çəkib: “Bir çox adamın tarixi mənbələrdən xəbəri belə yoxdur. Vaxtilə Çar Rusiyası və SSRİ-nin tarixi dərsliklərindən oxuyub danışırlar. Görünür, yeni mənbə oxumaq istəmirlər”.
Bakı Dövlət Universitetinin tarix elmləri üzrə doktoru, professor Nəsiman Yaqublu deyir ki, Türkiyənin Azərbaycan tarixində xilaskarlıq missiyasını danmaq olmaz: “Türklər 1918-ci ildə də Azərbaycanın dövlət olmasında önəmli rol oynadı. Başda Nuru paşa olmaqla türk əsgərləri Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə gəlmişdilər. 1918-ci ildə AXC ilə Osmanlı dövləti arasında müqavilə imzalanmışdı. Həmin müqavilənin dördüncü maddəsində deyilirdi ki, “Azərbaycan xalq Cümhuriyyəti Osmanlı dövlətindən hərbi yardım istəmək hüququna malikdir”. Türklər həmin müqaviləyə əsasən Azərbaycana gəldilər və Bakını azad etdilər”.
Osmanlının erməniləri azərbaycanlıların üstünə qaldırması iddiasına gəlincə, N.Yaqublu məsələnin başqa cür olduğuna diqqət çəkib.
“Osmanlıda yaşayan ermənilər özlərinin dövlətini yaratmaq xülyası ilə silahlı qiyama başladılar. Vanda, Zonquldağda və digər bölgələrdə belə qiyamlar oldu. I Dünya müharibəsində Çar Rusiyası da Türkiyə əraziləri hesabına erməni dövlətinin yaradılmasını dəstəkləyirdi. Lakin Türkiyə buna imkan vermədi. Həmin vaxt Azərbaycana keçən silahlı ermənilər azərbaycanlıları qətlə yetirməyə başladılar. Həmçinin, I Dünya müharibəsində çar ordusunun tərkibindəki silahlı ermənilər müharibədən sonra Qərbi Azərbaycanda yüzlərlə kəndimizi dağıtdı, minlərlə azərbaycanlını qətlə yetirdi”, – deyə o vurğulayıb.
Professor Məmməd Əmin Rəsuzladənin 1918-ci ildə türklərlə bağlı dediklərini də diqqətə çatdırıb: “Rəsulzadə yazırdı ki, “1918-ci ilin 28 mayında dövlətimizi qurmuşuqsa, 15 sentyabrda bunu sözdən əmələ keçirmişik”. Yəni Bakı işğaldan azad olunandan sonra bu mümkün olub.
Rəsulzadə həmçinin, vurğulayırdı ki, “28 may olmasaydı, 15 sentyabr da olmayacaqdı, 15 sentyabr olmasaydı, 28 may olmayacaqdı. Birincinin səbəbkarı biz, ikincinin isə türklərdir”. Gəncədən başlayaraq, Bakı, Göyçay, Hacıqabul, Şamaxı, Qobu, Ağsu və digər ərazilərin azad olunmasında 1000-dən çox türk əsgəri şəhid olub. Biz xilaskarımız olan bu şəhidlərin ruhuna hörmətlə yanaşmalıyıq”.