Bizi çətin proses gözləyir – Şahinyan

Bizi çətin proses gözləyir – Şahinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, ötən həftə Azərbaycan və Ermənistan rəsmiləri iki ölkə arasında sərhədlərin demarkasiyası məsələsində yeni razılaşma əldə ediblər. Tribunainfo.az xəbər verir ki, razılaşmaya əsasən Gürcüstan sərhəddindən İran sərhəddinə qədər ərazi boyunca sərhəddə demarkasiya prosesi həyata keçiriləcək.
Erməni katoqraf Şahen Şahinyan bununla bağlı deyib ki, Qazax istiqamətindən demarkasiyanın davam etdirilməsi o deməkdir ki, onları çox çətin problemlər gözləyir. “Bu ərazidə qoşunların təmas xətti 1990-cı illərdə formalaşıb və Ermənistan ərazisində yerləşən Azərbaycan mövqeləri, Azərbaycan SSR ərazisində də yerləşən erməni mövqeləri var”.
Onun sözlərinə görə, anklav ərazilərə istinad edilib-edilməyəcəyi də dəqiqləşdirilməyib. “Məlum olduğu kimi, bizim şimal hissədə hüquqi statusu sabit olmayan 2 anklav var, onların yaranmasına haqq qazandıran arxiv sənədləri də yoxdur. Amma həmin bölmələrə istinad edilib-edilməyəcəyini anlamaq çox vacibdir”.
Digər erməni kartoqraf Ruben Qalçyan isə nağıl danışıb. O deyib ki, Azərbaycan və Ermənistan ərazi dəyişikliyi etməlidirlər. “Başkəndin sahəsi 44 kv.km-dir. Azərbaycanın üç anklavının sahəsi isə 45 kv. km. Həmin üç kənd Ermənistana, Başkənd isə Azərbaycana verilməlidir”.
O iddia edib ki, əgər bu anklavlar Azərbaycana verilsə, o zaman Azərbaycan da onları Azərbaycanla birləşdirən dəhliz istəyəcək.