“Bizə görə təhsil eksperti anlayışı yoxdur”.
Tribunainfo.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Onu siz qəbul etmisiniz və elə təqdim etmisiniz. Bizə görə təhsil mütəxəssisləri var. Təhsil ekspertləri təhsili daha yaxşı etmir”, – nazir əlavə edib.
O qeyd edib ki, bəzi hallarda ekspertlərin qaldırdığı problemlər doğrudur:
“Aralarında hörmət etdiyim şəxslər də var. Amma adam özü-özünə ad qoyub və siz də bunu qəbul etmisiniz”, – deyə E. Əmrullayev vurğulayıb.