Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənni Kərim Abasovun Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramovla bağlı paylaşımına münasibət bildirib.
O, T.Bayramovun ifasını yayımlayaraq Kərimi tənqid edib: “Bizə düşmən lazım deyil, siz əvəz edirsiz. Çox heyiflər olsun… Allah sizi qorusun, dəyərli sənətkarlarımız. Təyyar da, Samir də böyük sənətkardır”.
Qeyd edək ki, Kərim Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramovun “Sənsiz yaşaya bilmirəm” mahnısını canlı ifa etdiyi anları yayımlayaraq “Nə vacibdir axı? Gücə düşməkdənsə, gedib fonoqram oxuyun. Özlərindən və sənətlərindən müştəbeh olan Xalq artistlərimiz, danışanda ağzınıza çullu dovşan yerləşmir. Bütün gün gəncləri canlı oxumamaqda qınayanlar”,- deyə yazıb.
Musavat.com