Ermənistan Azərbaycan Hərbi Hava Qüvvələrinin keçirdiyi son təlimlərdən narahat olub. Tribunainfo.az xəbər verir ki, bu hadisə ilə əlaqədar davamlı açıqlamalar verən erməni tərəfi, iddia edir ki, guya, Azərbaycan müharibə hazırlığı görür.Lakin aydın məsələdir ki, rəsmi Bakı hər il təkcə HHQ-nin deyil, bütün qoşun növlərinin təlimlərini keçirir. Bu, ölkənin müdafiə qabiliyyətini artırmaqla yanaşı, həm də ordunun istənilən hadisələrə hazırlıq səviyyəsini yüksəltmək üçündür. İstənilən ağlı başında olan dövlət bu proseduru həyata keçirir.
Hərçənd erməni tərəfindən Ermənistan rəhbərliyinin bu hadisələrə adekvat cavab verməməsini tənqid edənlərlə yanaşı, ələ salanlar da az deyil. Tribunainfo.az xəbər verir ki, ekspert Tatevik Ayrapetyan onlardan biridir. O deyir ki, Paşinyan hökuməti ya velosiped sürməklə, ya da şar uçurmaqla məşğuldur. “Biz hava şarları uçururuq. Paralel reallıqda isə Azərbaycan Hərbi Hava Qüvvələri mütəmadi təlimlər keçirir”.