“Biz qəbilə dövləti deyilik” – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Petro Poroşenko ilə görüşdən sonra mətbuat konfransında açıqlamalar verib.

 

Ukraynada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Petro Poroşenko ilə görüşdən sonra mətbuat konfransında açıqlamalar verib.

TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan ABŞ və Türkiyə arasında yaşanan viza böhranı ilə bağlı danışıb və qərarın üzücü olduğunu bildirib.

O deyib ki, məsələ ilə bağlı xarici işlər naziri onu məlumatlandırdıqdan sonra müvafiq addım atılması üçün göstəriş verib:

“Türkiyə qəbilə dövləti deyil, hüquq dövlətidir. Açıqlanan mətnə uyğun cavab mətni yayımladıq. Vəziyyət bundan ibarətdir”.

Qeyd edək ki, dünən axşam ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə vətəndaşları üçün viza müraciətlərini dayandırdığını açıqlayıb. Bu qərardan sonra Türkiyə də eyni addımı ABŞ vətəndaşları üçün atıb.