backend

“Biz nə bilək ki, oyun qumara qoyulacaq” – AFFA prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 10-da Azərbaycan I divizionunda XIX turu çərçivəsində keçirilən və 3:3 hesabı ilə başa çatan “Göyəzən” – “Şərurspor” matçının nəticəsinin şübhəli olduğu ilə bağlı xəbərlər yayılmışdı. 

Martın 10-da Azərbaycan I divizionunda XIX turu çərçivəsində keçirilən və 3:3 hesabı ilə başa çatan “Göyəzən” – “Şərurspor” matçının nəticəsinin şübhəli olduğu ilə bağlı xəbərlər yayılmışdı.

TİA.AZ xəbər verir ki, artıq həmin qarşılaşmanın nəticəsinin əvvəlcədən razılaşdırıldığı rəsmən təsdiqlənib. Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev hesabat seçki konfransında deyib: “Bəli martın 10-da keçirilən “Göyəzən” – “Şərurspor” matçı satılıb. Biz hardan bilə bilərdik ki, Qazaxda keçirilən oyun qumara qoyulacaq. Məsələ ilə bağlı ciddi tədbirlər görəcəyik”.

Abdullayev qarşılaşmanın qumara qoyulması ilə bağlı UEFA-dan məktub alqıqlarını və müvafiq tədbirlər görəcəklərini bildirib.