İran Azərbaycan-Ermənistan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır. Tribunainfo.az xəbər verir ki, bu barədə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə bildirib.
“Cənubi Qafqaz regionunda gərginliyin saxlanması təkcə Ermənistan və Azərbaycanın deyil, həm də regionun digər ölkələrinin maraqlarına cavab verir”, – deyə Tasnim agentliyi Baqeridən sitat gətirir.
“Bu baxımdan İran Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır”, – hərbi rəsmi vurğulayıb.