ABŞ prezidenti Cozef Bayden Həmas-ı Rusiya diktatoru Vladimir Putinlə müqayisə edib. Çünki hər ikisi qonşuluqdakı demokratik ölkəni məhv etmək istəyir.
Tribunainfo.az xəbər verir ki , o, bu barədə Amerika xalqına müraciətində bildirib.
“Biz HƏMAS kimi terrorçuların və Putin kimi tiranların qalib gəlməsinə imkan verə bilmərik və verməyəcəyik”, – ABŞ prezidenti bildirib.
O, rusların işğalından sonra ukraynalıların necə əziyyət çəkdiyini də qeyd edib:
“Biz kütləvi məzarlıqları, işgəncə izləri ilə tapılan cəsədləri, rusların silah kimi istifadə etdiyi zorlamaları və valideynlərindən oğurlanaraq Rusiyaya zorla aparılan minlərlə və minlərlə ukraynalı uşağı unutmamışıq”, – Bayden əlavə edib.