backend

Biz dünyanın sonunu yaşayırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Avropa İttifaqından çıxışı Avropa ölkələrində “domino effekti” yaradacaq. 

Böyük Britaniyanın Avropa İttifaqından çıxışı Avropa ölkələrində “domino effekti” yaradacaq.

TİA.AZ “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Fransanın “Milli Cəbhə” Partiyasının lideri Marin Le Pen Almaniyanın Koblents şəhərində “Freedom for Europe” konfransında çıxışı zamanı deyib.

“Biz bir dünyanın sonu və başqasının doğulduğu dövrü yaşayırıq. “Brexit” bizim keçmişimizə ilk ciddi zərbədir. Bu, “domino effekti” yaradacaq”, – deyə fransız siyasətçisi bildirib.

Xatırladaq ki, 2016-cı il iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda əhalinin təxminən 52 faizi ölkənin Avropa İttifaqından çıxışı üçün səs verib. Krallığın Avropa İttifaqından çıxış prosesi üzrə danışıqlar 1,5-2 il davam edəcək.