Biz dadını sevirik, amma yaddaşı zəiflədir: Bu qidalardan istifadə etməyin!

Biz dadını sevirik, amma yaddaşı zəiflədir: Bu qidalardan istifadə etməyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gənc yaşda yaddaş, zəka və enerjiyə daha çox ehtiyac duysaq da, süfrədən ala bilmədiyimiz bəzi qidalar bu üçlüyü zəiflədir və unutqanlığa səbəb olur.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, gənclikdə güclü yaddaş üçün imtina etməli olduğunuz bəzi qidalar var. Gənc yaşda hər kəs öz güclü yaddaşına və ya zəkasına güvənir. Lakin son illər gənclər arasında unutqanlıqdan şikayətlər artmağa başlayıb. Demək olar ki, indi etibar edilən gənc yaddaş sadəcə olaraq sözdə qalıb. Bunun səbəbi isə təbii ki, süfrəmizdən çıxarmaqdan əl çəkə bilmədiyimiz qidalardır. Budur yaddaşı tükəndirən 3 qida…
1. Şəkər – Bir çox mütəxəssisin şəkərlə bağlı xəbərdarlıqlarını tez-tez eşidirik, oxuyuruq. Şəkərli qidalar yaddaşın ən güclü düşmənidir. Şəkərli məhsullar öyrənmə çətinliyinə və unutqanlığa səbəb olur. Bu hal yaddaşı günü-gündən zəiflədir.
2. Fast-food və qızardılan qidalar – Bir çox araşdırma qızardılmış məhsulların beyinə zərər verdiyini sübut edir. Bu zaman fast-food məhsulları da yaddaş düşməni qidalar sırasındadır.
3. Duz – Duz haqqında mütəxəssislər tez-tez xəbərdarlıq edirlər. Ürəkdən beyinə zərərli olan duz yaddaş və düşünmə qabiliyyətinə də mənfi təsir göstərir.