“Biz Bakı və İrəvan arasında gedən dialoqu dəstəkləyirik”backend

“Biz Bakı və İrəvan arasında gedən dialoqu dəstəkləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsini dəstəkləyir.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransı zamanı bildirib.

Spiker jurnalistin İrəvan və Bakının birbaşa dialoqa doğru irəliləyirmi və bununla bağlı Vaşinqtonun mövqeyinin necədir sualına cavab verməkdən imtina edib.

“Biz bu məsələ ilə bağlı dialoqun davam etdirilməsini açıq şəkildə dəstəkləyirik. Biz inanırıq ki, bu, sabit nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və biz bunu davam etdirəcəyik”, – ABŞ Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.

Dəniz Pənahova