“Futbolçularımız hər addımda ürək, qətiyyət və bacarıq nümayiş etdirdilər”.
Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov “Birbaşa Bakı”nın Çempionlar Liqasının qalibi olması ilə bağlı şəxsi “X” hesabında yazıb.
“Avropa çempionları! “Bakının ‘Birbaşa” komandası Çempionlar Liqasının finalında Çexiyanın “Brno” kollektivinə 2:1 hesabı ilə qalib gələrək çempion oldu. Necə də inanılmaz səyahət idi! Futbolçularımız hər addımda ürək, qətiyyət və bacarıq nümayiş etdirdilər. Biz Avropa çempionu olmaqdan qürur duyuruq! Təbriklər!”, – deyə AMF rəhbəri bildirib.