Bitkoinin dəyəri ilk dəfə 10 min dolları ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 29-də Bitkoinin məzənnəsi növbəti tarixi maksimuma çatıb.

 

Noyabrın 29-də Bitkoinin məzənnəsi növbəti tarixi maksimuma çatıb.

TİA.AZ-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda “Bitfinex” elektron birjasının nəticələri bildirir. Kriptovalyutanın dəyəri hərraclar zamanı 10,053 min dollara qədər qalxıb.

Qeyd edək ki, bitkoin ən aşağı həddə – 5,857 min dollara noyabrın 12-də çatıb.