“Bitkoin”in qiyməti ucuzlaşıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Coindesk” məlumat yayıb.
Bildirilib ki, “Bitkoin” çərşənbə axşamı ticarət zamanı 5,5% ucuzlaşaraq 88 800 dollara düşüb. Bu, noyabrın ortalarından bəri minimumdur. Son bir ayda dünyanın ən məşhur kriptovalyutası 11,4% ucuzlaşıb.