“Bitcoin”in dəyəri 5000 dollara yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bitcoin”in dəyəri yenə rekord qırıb
 

“Bitcoin”in dəyəri yenə rekord qırıb. Bir gündə dünyanın məşhur kriptovalyutası 6 faiz bahalaşaraq, tarixi maksimumuna – 4600 dollara çatıb. 

Oxu.Az xəbər verir ki, “Bitcoin”in bahalaşmasında geosiyasi vəziyyət rol oynayıb. Yaponiya və Cənubi Koreya investorları tərəfindən təhlükəsiz aktiv axtarışı nəticəsində “bitcoin”ə tələbat kəskin artıb.

Nəticədə bazarın kapitalizasiyası 160 milyard dollara çatıb. Bu kriptovalyutalardan 11-nin kapitallaşması isə 1 mlrd. dollardan artıqdır. Bazarın əsas lideri “Bitcoin”dir. Onun dəyəri 73,735 milyard dollar təşkil edir. İkinci yerdə “Ethereum” gəlir  – 34,067 milyard dollar bazar dəyəri ilə. Bazarın üçüncüsü “Bitcoin Cash”dır – 9,612 milyard dollar.

TİA.AZ