Bitcoin rekord həddə bahalaşa bilərbackend

Bitcoin rekord həddə bahalaşa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bitcoin 2023-cü ilin qarşıdakı rübündə rekord artım hədəfləyir, sonuncu dəfə 2021-ci ildə belə bir sıçrayış qeydə alınıb.

Bu barədə Bloomberg məlumat yayıb. “Pepperstone Group”un tədqiqat şöbəsinin rəhbəri Kris Ueston bildirib ki, Bitcoin 2023-cü ilin əvvəlindən 70% bahalaşıb. Onun sözlərinə görə, ABŞ bank sektorunda likvidliyi dəstəkləmək səylərinin bir hissəsi riskli aktivlər üçün müsbət amil olub, kriptovalyuta və qızıla kömək edib.

Bitcoinin canlanması rəqəmsal aktivlər bazarının keçən il 1,5 trilyon dollarlıq çöküşdən sonra 2023-cü ildə təxminən 390 milyard dollar dəyər qazanmasına kömək edib. Hazırda bitkoinin məzənnəsi 28 000 dollar səviyyəsində qalıb, lakin analitiklər rekord artımın davam edəcəyini gözləyirlər.