ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı salacağına dair gözləntilərin azalması və birja fondlarına tələbatın soyuması səbəbindən Bitcoin kəskin dəyərini itirdi.
Tribunainfo.az Sözcü-yə istinadən xəbər verir ki,
Bitcoin-in gündəlik azalması 5 faizə çatıb və aparıcı kripto aktivi 67 min dollar səviyyəsindən aşağı düşüb.
Bitcoin 5 faiz azalaraq 66 min dollara satılıb. Ethereum isə 6 faiz azalaraq 3330 dollardan alıcı tapıb.
Beləliklə, Bitcoin martın ortalarında 73 798 dollar pik həddinə çatdıqdan sonra dəyərinin 10 faizindən çoxunu itirib.
Dəniz Pənahova