BİRTƏRƏFLİ GEDİŞİNİZ MÜBARƏK! BİR DƏ QAYITMAYIN… – FOTO

BİRTƏRƏFLİ GEDİŞİNİZ MÜBARƏK! BİR DƏ QAYITMAYIN… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz bu yolu qarlı dağlarla əliyalın, ayaqyalın, başı açıq, qucağımızda, belimizdə körpələrlə yaralı halda qaçmışdıq. Sizdən qorxub qaçmışdıq… Çoxumuz yarı yolda kürəyimizdən vurulan güllədən ölüb elə orada qaldıq…

Amma indi sən rahat maşınında, evimizin, hə, bizim evimizin əşyasını da yığıb rahat yola düşürsən.

Sizi indi bu yolda, Xankəndidən Ermənistana gedən yolda ancaq qaldığınız tıxac sıxır… Sənin yaşaya biləcəyin çətinlik bu qədərdir. Ancaq sən bizim başımıza gətirdiklərinizdən də pisinə layiqsən, belə yola salmamalıydıq sizi. Ancaq Azərbaycan sən etdiyini bacarmır. Birtərəfli gedişin mübarək olsun, bir də qayıtma…