Birol Akgün Azərbaycanda fəaliyyətə başladı

Birol Akgün Azərbaycanda fəaliyyətə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Türkiyən Azərbaycandakı səfirliyi rəsmi “Facebook” hesabında məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.
Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.