“Amerikalı pop-ulduz Keti Perri və Kanadanın sabiq Baş naziri Castin Trüdo arasındakı sevgi münasibətləri uğurla davam edir”.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Us Weekly” nəşri yazıb.
Bununla belə, qeyd olunub ki, cütlük aralarındakı eşq macərasını gizli saxlamağa çalışır və bir-birilə təklikdə çox vaxt keçirirlər.
Nəşr həmçinin 40 yaşlı müğənninin kanadalı siyasətçi ilə yaşadığı münasibətində çox xoşbəxt olduğunu yazıb.
Qeyd edək ki, K.Perri və C.Trüdonun eşq macərası yaşaması barədə xəbərlər cütlüyün Monrealdakı restoranlardan birində nahar edərkən kameralara tuş gəlməsindən sonra yayılmışdı. Oktyabrın əvvəlində isə cütlük birlikdə yaxtada görüntülənmişdi.
Bu ilin əvvəlində müğənni nişanlısı aktyor Orlando Blumdan ayrılıb. Onların bu münasibətdən Deyzi adlı 5 yaşlı qızları var.
Keti Perri həmçinin 2010-2012-ci illərdə britaniyalı aktyor Rassel Brendlə evli olub.










